Ukrayna “Oreşkin”in buraxıldığı poliqonu vurdu - Video
10:54
| Ana səhifə İdman |
|
Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.
Axar.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.
|
Tarix
2026.11.29 / 10:46
|
Müəllif
Axar.az
|