Bu rayonlarda duman var – Faktiki hava
11:42
| Ana səhifə Planet |
|
Noyabrın 29-u saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.
Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.
|
Tarix
2026.11.29 / 11:42
|
Müəllif
Axar.az
|