Yuxarı

Bu türk ölkəsində növbədənkənar seçkilər keçirilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsində növbədənkənar seçkilər keçirilir

Qazaxıstanda yerli nümayəndəli hakimiyyət orqanları olan bütün səviyyələrdəki məclislərə deputatların növbədənkənar seçkiləri keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, ilk 101 seçki məntəqəsi yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00) açılıb. Onların əksəriyyəti xidmətdə olan və ya döyüş tapşırıqlarını yerinə yetirən hərbçilərin səs verdiyi hərbi hissələrdə yerləşir. Qalan seçki məntəqələrində əsas səsvermə saat 08:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb və saat 20:00-a (Bakı vaxtı ilə 21:00) qədər davam edəcək.

Bildirilib ki, Qazaxıstanda ümumilikdə 10.338 seçki məntəqəsi var. Seçici siyahılarına 12.679.459 nəfər daxil edilib.

Partiya siyahıları üzrə məslisələrdə yerlər uğrunda yeddi qeydiyyatdan keçmiş partiya mübarizə aparır: Ədalət (Adilet), Ağ Yol (Ak Jol), Qazaxıstan Xalq Partiyası, Milli Sosial Demokrat Partiyası, Avil, Baytak Yaşıl Partiyası və Respublika.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bir parlament yeri uğrunda orta hesabla üç namizəd mübarizə aparır.

Tarix
2026.11.29 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla