Yuxarı

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Ermənistan müdafiə qabiliyyətini gücləndirməlidir, lakin qonşuları ilə münasibətləri yalnız müharibə gözləntisi üzərində qurmamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Dünya Erməni Sammiti zamanı iştirakçılardan birinin Türkiyə ilə münasibətləri niyə normallaşdırmağa çalışdıqları haqda sualı cavablandırarkən deyib.

O bildirib ki, yeni müharibələrin qarşısını almaq və dövlətçiliyi qorumaq üçün Türkiyə və Azərbaycanla sülhə çalışmaq lazımdır.

Simonyan “Əvvəlcə Ermənistan güclənməlidir, sonra qonşularla normal münasibətlər qurmalıdır, çünki indi qurmağa çalışdığı münasibətlər güzəşt kimi qəbul edilir” fikrinə qarşı da çıxıb.

“Kim sizə dedi ki, türklər və ya azərbaycanlılar oturub, bizim böyüyüb Böyük Erməni dövləti qurmağımızı və onlara hücum etməyimizi gözləyəcək? Ümumiyyətlə, niyə bu məntiqlə düşünməliyik?” - deyə o vurğulayıb.

Eyni zamanda, Simonyan Ermənistanın güclü bir orduya ehtiyacı olduğunu qeyd edib. Bununla belə, o, təkcə güclü ordunun təhlükəsizliyi təmin etmək üçün kifayət etdiyinə şübhə etdiyini bildirib.

O, həmçinin Ermənistanın təhlükəsizliyinin ilk növbədə Rusiyadan və onun hərbi dəstəyindən asılı olduğu fikrini tənqid edib. Simonyanın sözlərinə görə, Rusiyanın himayəsi olmadan Türkiyənin mütləq Ermənistana hücum edəcəyi iddiaları doğru deyil:

“Əgər türklər hücum etmək istəsələr, güclənməyə vaxtımız olmayacaq, ümumiyyətlə, heç nə etməyə vaxtımız olmayacaq”.

Tarix
2026.11.07 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla