Yuxarı

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Qazaxıstan və Ermənistan TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) nəqliyyat dəhlizinin inkişaf perspektivlərini, o cümlədən onun Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə əlaqələndirilməsi imkanlarını müzakirə ediblər.

Axar.az Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu məsələlər Qazaxıstan Baş nazirinin müavini - nəqliyyat naziri Asel Janasovanın Ermənistana işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə müzakirə olunub. Asel Janasova Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb. Görüşlərin əsas mövzusu TRIPP nəqliyyat dəhlizinin Qazaxıstan üçün tranzit imkanları, marşrutun inkişafı və beynəlxalq nəqliyyat-logistika şəbəkələrinə inteqrasiyası olub.

TRIPP marşrutunun inkişafı Qazaxıstanın Avrasiya nəqliyyat-logistika sistemində mövqelərinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır. Layihənin həyata keçirilməsi beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə, əlavə yük axınlarının cəlb edilməsinə və regionda logistika əlaqələrinin genişləndirilməsinə töhfə verəcək.

Tarix
2026.11.06 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla