Yuxarı

İnternet çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternet çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ceyhun Babayev barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin baxış iclası noyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il iyulun 11-də Bakının Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində baş verib. Həmin ərazidə yaşayan 45 yaşlı Xalid Bağırovun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

İstintaqın məlumatına görə, Xalid Bağırov ərazidəki evlərdən birinə internet kabeli çəkərkən ev sahibinin qonşusu tərəfindən qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Babayev saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, tərəflər arasında mübahisəyə internet xəttinin çəkilişi zamanı istifadə olunan kabelin qırıntılarının küçəyə düşməsi səbəb olub.

İttihama əsasən, buna görə Xalid Bağırova irad bildirən Ceyhun Babayev onunla mübahisə edib. Bir qədər sonra isə qonşusunun evinə daxil olaraq Xalid Bağırova çoxsaylı bıçaq zərbələri endirib.

Məhkəmə-tibbi ekspertiza zamanı Xalid Bağırovun bədənində 36 bıçaq xəsarəti aşkarlanıb.

Ceyhun Babayevə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2026.11.06 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla