Yuxarı

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

2026-cı il ərzində Fələstinin Azərbaycandakı iştirakı daha geniş miqyas alıb.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, bu fəallıq Fələstin Dövləti ilə Azərbaycan Respublikası arasında mövcud dostluğun təməlində yeni əməkdaşlıq imkanları yaratmağa və münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş ortaq iradəni əks etdirir.

Xatırladılıb ki, 2026-cı il avqustun 3-də Prezident İlham Əliyev həmin ilin iyulun 10-da iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb:

“Bu addım səfirliyin fəaliyyətinin davamlılığına, ikitərəfli əlaqələrin və birgə təşəbbüslərin əlaqələndirilməsini davam etdirmək imkanlarına dəstək kimi qiymətləndirilir”.

Qeyd olunub ki, 2026-cı ilin iyul ayında açıqlanmış rəsmi məlumatlara əsasən, Azərbaycanda təhsil alan fələstinli tələbələrin sayı 37 nəfər olub. Onlardan 23 nəfəri “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil alır.

2025-ci ilin sentyabr ayında Qəzza zolağından 14 fələstinli tələbənin Azərbaycanda təhsilini davam etdirməsi üçün təxliyəsinin təşkil edildiyi diqqətə çatdırılıb.

Səfirliyin bəyanatında vurğulanıb ki, Azərbaycan 2024-cü il mayın 10-da BMT Baş Assambleyasının Fələstin Dövlətinin üzvlüyə uyğunluğunu təsdiqləyən və Təhlükəsizlik Şurasına onun müraciətinə yenidən müsbət yanaşmağı tövsiyə edən qətnaməsinin lehinə səs verib. Həmçinin, 2025-ci il sentyabrın 12-də Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həll modelinin həyata keçirilməsi barədə Nyu York Bəyannaməsinin qəbulunu dəstəkləyib. 2026-cı ildə də rəsmi görüşlərdə və çoxtərəfli platformalarda bu mövqe ardıcıl şəkildə təsdiqlənib.

“Bütün bu dəstək mövqelərinə və təşəbbüslərə əsaslanaraq, Fələstin Dövlətinin Səfirliyi Fələstin xalqına göstərilən dəstəyə, fələstinli tələbələrə və nümayəndə heyətlərinə nümayiş etdirilən diqqət və əməkdaşlığa görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına dərin təşəkkürünü və minnətdarlığını bildirir. Səfirlik bu dostluq münasibətlərini yüksək qiymətləndirir və onların qarşılıqlı hörmət və davamlı əməkdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsi imkanlarına inamla yanaşır. Fələstin–Azərbaycan münasibətlərində Fələstinin artan iştirakı, davamlı siyasi, institusional və mədəni əlaqələr iki ölkə arasında əməkdaşlığın daha dərin mərhələsinə keçid üçün zəmin yaradır”, - bəyanatda qeyd olunub.

Tarix
2026.11.06 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla