Yuxarı

"İblis" beynəlxalq festivalda mükafata layiq görüldü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İblis" beynəlxalq festivalda mükafata layiq görüldü

Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb.

Bu barədə Kult.az-a teatrdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 18-23-də Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

Teatrın yaradıcı şöbə müdiri, Azərbaycan Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı "İblis" tamaşası festivalın "Ən yaxşı səhnə plastikası" nominasiyası üzrə mükafata layiq görülüb.

TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdiri, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.

Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Bəhruz Vaqifoğlu,quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov musiqi operatoru Natella Bədəlovadır.

Səhnə əsərində əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov ifa ediblər.

Tarix
2026.10.28 / 23:04
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla