Yuxarı

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Axar.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və Vətənin taleyi naminə göstərdiyiniz əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.

Ölkənin siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində göstərdiyiniz böyük səylər, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və mətanət bu tarixi Qələbənin mühüm amilləri oldu.

Şübhəsiz ki, bu möhtəşəm bayram ölkənizin sülh və əmin-amanlıq, sabitlik və ardıcıl tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu il Bakı, Daşkənd və Buxara şəhərlərində Sizinlə keçirdiyimiz bir sıra önəmli görüşlər, səmərəli danışıqlar və əldə olunmuş mühüm razılaşmalar çoxşaxəli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.

Xüsusilə, Əbədi Dostluq haqqında Müqavilənin imzalanması ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.

Əminəm ki, birgə səylərimiz nəticəsində qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimiz gələcəkdə də tarixən yaxın və qardaş xalqlarımızın ümumi rifahı naminə, mövcud böyük potensialımıza uyğun olaraq ardıcıl şəkildə dərinləşməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram".

Tarix
2026.11.05 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla