İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək
16:00
| Ana səhifə Siyasət |
|
İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib.
Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək, həmçinin noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumunda iştirak edəcək.
"Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək", - mənbə qeyd edib.
|
Tarix
2026.11.05 / 16:00
|
Müəllif
Axar.az
|