Yuxarı

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ermənistanın müxalif qüvvələri Azərbaycan barədə dediklərinin siyasi nəticələri barədə düşünmürlər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yerli müxalifət qüvvələrinin dünən keçirilən görüşündən sonra yayımlanan birgə bəyanatını şərh edərkən bildirib.

“Nə olur-olsun, çıxıb İlham Əliyevdən, Azərbaycandan danışırlar. Görəsən, dediklərinin siyasi nəticələri barədə düşünürlərmi? Mən həmişə söyləmişəm ki, bu insanlar dövlət əleyhinə fəaliyyət göstərən şəxslərdir. Əgər məsələ (konstitusiya dəyişikliyi) referenduma çıxarılsa və xalq lehinə səs versə, onda nə edəcəklər? Onlar dövlət əleyhinə olan insanlardır, öz oğurluqlarını ört-basdır etmək istəyirlər”, - o vurğulayıb.

Nikol Paşinyan əlavə edib ki, müxalifətin “uğur şansı”nı artırmaq üçün görüşdə yalnız bir nəfərin iştirakı çatışmayıb:

“Əgər katolikos II Qaregin də orada olsaydı, mənzərə tam olardı. Düşünürəm ki, axşam həmin formatda yenidən bir araya gəlsələr, bazar günü “inqilab” baş verəcək”.

O qeyd edib ki, Ermənistan Azərbaycanla sülhün institusionallaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirir: “Əvvəllər də demişəm ki, xalq (konstitusiya dəyişikliyi ilə bağlı) necə qərar versə, elə də olacaq”.

Tarix
2026.11.05 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla