Yuxarı

Erməni rəqqas Bakıda: Qardaşım və bacım burada yaşayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni rəqqas Bakıda: Qardaşım və bacım burada yaşayır

Məşhur erməni rəqqas Arsen Ağamalyan Bakıya səfər edib.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda özünün İnstaqram sosial şəbəkə səhifəsində məlumat yayıb.

Rəqqas qeyd edib ki, Bakıda xanımı Oksana Vasilyeva ilə birgə "Karmen" və "Besı" adlı iki rəqs kompozisiyası ilə çıxış edəcək. Sənətçi Azərbaycan paytaxtına gəlişinin onun üçün xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, ata və anası məhz Bakıda tanış olaraq ailə həyatı qurublar və gənclikləri burada keçib. O, özünün və bacısı Renanın da bu şəhərdə doğulduğunu əlavə edib.

"Mən bir erməni kimi, dünya çempionatına bir ay qalmış Azərbaycana gələrək nümayiş etdirmək istəyirəm ki, biz incəsənət və rəqs dili ilə ünsiyyət qura bilərik", - deyə o, paylaşımında qeyd edib.

O vurğulayıb: "Atam Qarabağdan, anam isə Bakıdandır".

Bundan əlavə o, iki yaşına kimi Bakıda böyüdüyünü və sonra ailəsi ilə birgə Xankəndiyə köçdüyünü bildirib.

Sənətçinin bildirdiyinə görə, onların Bakıdan getməsi gələcəkdə yaranacaq münaqişələrlə bağlı deyildi.

"Ata və anam idman ixtisası üzrə oxuyublar. Atam futbolla məşğul olurdu, Qarabağın Ağdərə bölgəsindən olan erməni idi. Anam isə Bakıda doğulmuş rus idi və idman gimnastikası sahəsində fəaliyyət göstərirdi. İki yaşıma qədər həyatım Bakıda keçdi. Ardınca Qarabağa getdik və bu, gələcək hadisələrlə əlaqədar deyildi. Daha sonra eskalasiya, münaqişə yarandı və 1992-ci il yetişdi. O zaman Rusiya və Ermənistana yollar açıldı, valideynlərim də bizi oradan apardılar. Lakin hamımız gedə bilmədik. Bir yaşlı kiçik qardaşım orada dünyasını dəyişdi. Bu hadisə anamın birdəfəlik getmək və heç vaxt qayıtmamaq qərarını verməsində həlledici rol oynadı. Həmin vaxta qədər isə hər yay bizi Bakıya, nənəmiz Taya və ulu nənəmiz Polinanı görməyə gətirərdilər. Nənəmin Bakıdakı həyəti yadımdadır. Dəqiq olmasa da, elə bilirəm Sabunçu ərazisi idi. Həyətdəki uşaqlarla necə oynadığımızı xatırlayıram. Eşitdiyimə görə, həmin uşaqların bəziləri bu gün də o ərazidə yaşayırlar", - deyə sənətçi bildirib.

Rəqqas Bakıya səfəri zamanı 37 ildir görmədiyi qardaşı və bacısı, eləcə də onların indiyədək heç vaxt görmədiyi övladları ilə bir araya gələcəyini bildirib.

Həmçinin o, uşaqlıq illərində birgə oynadığı şəxslərlə də görüşməyi planlaşdırır.

"Otuz yeddi ildir üzünü görmədiyim bacım və qardaşımla görüşüb, onların övladları ilə tanış olacağam. Uşaqlığımın keçdiyi həyətdə bərabər oynadığım insanları görəcəyəm. Anamın rus olması səbəbindən onun qohumları hələ də Bakıda yaşayır", - sənətçi əlavə edib.

Rəqqasın bildirdiyinə görə, geridə qalan beş il ərzində "Azerbaijan Dance Festival 2026" festivalına mütəmadi dəvətlər alsa da, həmişə rədd edib. Lakin təqribən altı ay öncə gələn növbəti dəvəti bu dəfə dəyərləndirmək qərarına gəlib. Sənətçi yekun qərarını verməmişdən öncə Xankəndi şəhərində altıncı sinfə kimi bərabər təhsil aldığı məktəb yoldaşları ilə də məsləhətləşib.

"Onlar fərqli düşüncələrini bölüşdülər. Lakin hamısının ortaq nöqtəsi mənim üçün narahatlıq keçirmələri idi. Onları məhz bu xüsusiyyətlərinə görə sevirəm. Lakin anidən gəlmək istədiyimi dərk etdim. İçimdə belə bir istəyin yarandığını duydum. Mən gəlib burada rəqs etmək istəyirəm", - deyə xoreoqraf diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, sənətçi bal rəqsləri kateqoriyasında üç dəfə Avropa, iki dəfə isə dünya çempionu adını qazanıb. O, oktyabr ayının 30-da xanımı Oksana ilə birgə "Azerbaijan Dance Festival 2026" tədbirində Bakı səhnəsində iki kompozisiya təqdim edəcəyini bildirib.

Qeyd edək ki, o, Bakıya gələcəyini ötən gün elan etmişdi.

Tarix
2026.10.30 / 19:33
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla