Yuxarı

Əliyeva Maliklə görüşdü, saziş imzalandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyeva Maliklə görüşdü, saziş imzalandı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə İSESKO (ICESCO) arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə "Həmdan-İSESKO" mükafatına layiq görüldüyü xatırlanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.

Bu baxımdan Heydər Əliyev Fondu ilə İSESKO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o cümlədən Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində layihələrə dair 2025-ci ildə imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.

Görüşdən sonra Heydər Əliyev Fondu ilə İSESKO arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrdən biri "Natəvan Mədəni İrs Mükafatı"nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatının keçirilməsi ilə bağlıdır. Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı" maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək məqsədi daşıyır.

Yeni saziş üzrə əməkdaşlığın digər istiqaməti "Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh" adlı regional layihənin həyata keçirilməsidir. Toqo, Burkina-Faso, Niger, Benin və Kot-dİvuarı əhatə edəcək layihə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni irsin qorunması, institusional və peşəkar potensialın gücləndirilməsi, habelə gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.

Həmçinin 2025-ci ildə Bakıda təqdimatı olmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əldə olunan nəticələrin müzakirəsi və İslam dünyası ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.

Tarix
2026.10.28 / 20:12
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan və Litva XİN başçıları görüşdü

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla