Yuxarı

Ərdoğanı Bakıya gətirən səbəb...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanı Bakıya gətirən səbəb...

Türkiyə Cumhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, iki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil:

"2009-cu ildə bə belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imazadıqda, bu rəsmi Bakının narazılığına səbəb oldu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşmasə anlaşılmırdı. Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğan gərginliyi ortadan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi. Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu. Münasibətlər əvvəlki axarına qayıtdı. Bu dəfə də iki ölkə arasında gərginliyin ortadan qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birlərinin daxili işlərinə qarışmamaq şərti ilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var".

Tarix
2026.11.05 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla