Yuxarı

Yunus Əmrənin yeni əlyazması tapıldı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunus Əmrənin yeni əlyazması tapıldı

Anadolu-türk poeziyasının banilərindən biri, sufi-islam filosofu və şairi Yunus Əmrənin yeni əlyazması kəşf edilib. Əlyazmada ümumilikdə 125 şeir olduğu, bunlardan 9-nun yeni olduğu bildirilir.

Kult.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Onlardan 113-ü Yunus Əmrəyə, qalanları isə Aşıq Paşa, Səid Əmrə və Kayğusuz Abdala məxsusdur. Yunus Əmrəyə aid 9 şeir isə indiyədək məlum olan digər erkən və sonrakı əlyazma nüsxələrində qeydə alınmayıb.

Digər 104 şeir də mövcud qədim və etibarlı əlyazmalarla müqayisə baxımından tədqiqatçılar üçün əhəmiyyət daşıyır. Beləliklə, yeni nüsxə Yunus Əmrənin yaradıcılığının öyrənilməsi üçün əlavə mənbə rolunu oynayacaq.

Əlyazmanın izinə 1966-cı ildə “Türk Yurdu” jurnalında dərc olunan müsahibə vasitəsilə düşülüb. Həmin müsahibədə son dövrün kitab və əlyazma kolleksiyaçılarından Raif Yelkənçi dağınıq vərəqlər şəklində olan Yunus Əmrə şeirlərindən bəhs edib və onlardan birinin görüntüsünü təqdim edib.

Tarix
2026.11.04 / 00:33
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla