Qoşaçayda 14 yaşlı qızı nişanlısı güllələdi
12:10
| Ana səhifə Kult |
|
Rusiyalı reper Mişa Mavaşi odlu silahdan aldığı güllə yarası nəticəsində ölüb.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə rus Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Mavaşi evində güllə yarası aldıqdan sonra onun üçün təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılanadək o, çoxlu qan itirib.
İlkin məlumatlarda hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verə biləcəyi qeyd olunub. Hadisə zamanı sənətçinin həyat yoldaşı da evdə olub, lakin o, başqa otaqda imiş.
“Ostorojno, novosti” Teleqram kanalının məlumatına görə, Mavaşinin ölümünün səbəbi intihar olub. Bununla belə, hadisənin dəqiq təfərrüatı barədə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, reper ölümündən 11 gün əvvəl Yekaterina adlı xanımla evlənmişdi.
|
Tarix
2026.10.26 / 13:36
|
Müəllif
Kult.az
|