Yuxarı

Molla arvadını qətlə yetirdi, 18,5 il həbs cəzası aldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Molla arvadını qətlə yetirdi, 18,5 il həbs cəzası aldı

Qusar rayonunun Hil kəndində keçmiş həyat yoldaşı, 32 yaşlı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.

Axar.az Xitab24.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Cinayət Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən A.Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Asif keçmiş həyat yoldaşı ilə barışaraq yenidən birlikdə yaşamaq və aralarındakı məsələləri aydınlaşdırmaq məqsədilə onunla görüşmək barədə razılığa gəlib. Lakin o, Diananın yanına cinayət niyyətini həyata keçirmək üçün əvvəlcədən hazırlıq görərək gedib.

Asif fəhlə işlədiyi kənd məktəbindən qayçı, evindən isə yapışqan lent və ip götürüb. O, Diana barışmaqdan imtina edəcəyi təqdirdə onu öldürməyi planlaşdırıb.

Kənddəki fərdi evlərdən birində görüşən keçmiş ər-arvad arasında mübahisə yaranıb. Bu zaman Asif yumruq zərbəsi ilə Diananı yerə yıxıb. Daha sonra qadının əl-qolunu, ağzını və gözlərini bağlayaraq qayçı ilə onun boğazına bir neçə zərbə endirib. Nəticədə Diana Təyibova həyatını itirib.

Bundan sonra Asif cinayətin izlərini itirmək məqsədilə qadının çantasını yoxlayıb, ona məxsus pul, qızıl-zinət əşyaları və mobil telefonu götürüb.

O, daha sonra həmin əşyaları işlədiyi məktəbin ayaqyoluna atıb. Həmin gün Dianadan xəbər ala bilməyən ailə üzvləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis əməkdaşları ilk olaraq Asifi dindiriblər. O, dindirilərkən törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, cütlüyün nikahından üç övladı dünyaya gəlib. Asif Təyibov, eyni zamanda, uzun illərdir kənddə qeyri-rəsmi olaraq molla kimi fəaliyyət göstərib.

Tarix
2026.11.03 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla