Yuxarı

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl qazandılar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl qazandılar

Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 31-dən noyabrın 1-dək 16-cı “WSF - şotokan karate" üslubu üzrə Avropa ölkələrinin çempionatı keçirilib.

Karate Federasiyasından Axar.az-a bildirilib ki, yarışda Azərbaycan Karate Federasiyasının (AKF) deflimpiya və parakarate üzrə yığma komandaları, eləcə də digər idmançılarımız uğurla çıxış ediblər.

Çempionatda ölkəmizi təmsil edən idmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə apararaq yüksək nəticələr əldə ediblər.

Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.

Deflimpiyaçılar arasında keçirilən yarışlarda isə Hikmət Ağayev, 75 kiloqram çəki dərəcəsində Elmin Hüseynli və kata üzrə Aytən Qədirova qızıl medal qazanıblar.

16-17 yaşlı idmançılar arasında 61 kiloqram çəki dərəcəsində Yusif Əzimzadə, böyüklər arasında 60 kiloqramda Nizaməddin Əzimzadə və 75 kiloqramda Ələkbər Əlizadə gümüş medala layiq görülüblər.

Elnur Qasımzadə və Fəqan Yasimov isə 67 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq yığmamızın uğurlarına töhfə veriblər.

Şotokan karate üzrə fərdi yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər. Böyüklər arasında “Şobu Nihon” kateqoriyasında 75 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Elçin Şiriyev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində Ramin Mazanov, kata üzrə isə Nihad Məmmədzadə gümüş medala sahib olublar.

Gənclər arasında 16-17 yaş kateqoriyasında 68 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Rəfiyev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Komanda yarışlarında da Azərbaycan təmsilçiləri fərqləniblər. Kişilərdən ibarət yığma komandamız final görüşündə Türkiyə idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Azərbaycan Karate Federasiyasının “Şotokan karate” üslubu üzrə rəhbəri Rənad Əliyevin müşayiəti ilə çempionat və birincilikdə iştirak edən idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər.

Tarix
2026.11.04 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla