Yuxarı

3 aya 38 milyon avro qazanıblar - Xalq artisti

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 aya 38 milyon avro qazanıblar - Xalq artisti

Xalq artisti Yusif Eyvazov dünya şöhrəti, opera sənəti və ifaçılar arasında eqo məsələsindən danışıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Qapqara” Yutub layihəsində danışıb.

“Dünya şöhrəti erası bitib. Bu vaqona sonuncu hoppanan mənim keçmiş həyat yoldaşım Anna Netrebko oldu. Dünya şöhrətli Selin Dion, Maykl Cekson, Lusiano Pavarotti olub. Dünya operasında məni də yaxşı tanıyırlar” deyə, Y.Eyvazov bildirib.

Opera ifaçısı mədəniyyətin maliyyəsiz yaşaya bilməyəcəyini vurğulayıb.

O, dünyada heç bir teatrın yalnız bilet satışından əldə olunan gəlirlə fəaliyyət göstərə bilməyəcəyini deyib və Verona Arenasını nümunə göstərib:

“Verona Arenası üç ayda bilet satışından 38 milyon avro qazanıb. 90 günə 52 tamaşa nümayiş etdirib”.

Y.Eyvazov indiyədək arzuladığı səhnələrdə çıxış etdiyini, böyük layihələrdə və operalarda iştirak etdiyini söyləyib. O, özünü direktor deyil, ifaçı kimi gördüyünü qeyd edib:

“Mən yüz faizlik direktor ola bilmərəm, ifaçıyam. Səhnəyə işçilərimlə çıxıram, onların həmkarı kimi. Tamaşa bitir, səhəri gün direktor kimi iradlarımı bildirirəm.

Bizdə eqo sistemi çoxdur. Elə ifaçılarda eqo var ki... "Jiquli" özünü "Bugatti" kimi göstərəndə gülməli görünür”.

Tarix
2026.10.27 / 20:29
Müəllif
Kult.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla