Yuxarı

30 yaşında deputat, 35 yaşında nazir oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 yaşında deputat, 35 yaşında nazir oldu

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

Gürcüstanın 36 yaşlı İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili gənc yaşda hökumətin yüksək vəzifələrindən birini tutması ilə diqqət çəkir.

Axar.az Trend-ə istinadən gürcü gənc nazirin dosyesini təqdim edir:

Mariam Kvrivişvili 1990-cı il iyunun 11-də Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. O, 2025-ci il iyunun 24-dən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziridir.

Kvrivişvili Tiflisdə yerləşən Beynəlxalq Qara Dəniz Universitetini (IBSU) Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib.

O, 2010–2012-ci illərdə “Adjara Group” şirkətində İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin rəhbərinin müavini vəzifəsində çalışıb. 2012–2014-cü illərdə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbərinin müavini olub.

2014–2019-cu illərdə “Flydubai” aviaşirkətinin Gürcüstan üzrə regional meneceri vəzifəsini tutub. 2019–2020-ci illərdə isə Gürcüstan Milli Turizm Administrasiyasına rəhbərlik edib.

2020-ci il dekabrın 11-də “Gürcü Arzusu” partiyasının siyahısı üzrə Gürcüstan parlamentinin X çağırış deputatı seçilib. O, bu vəzifədə 2021-ci ilin may ayınadək fəaliyyət göstərib.

2021-ci ilin mayından 2024-cü ilin sentyabrınadək Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini vəzifəsində çalışıb.

2024-cü ilin noyabrında keçirilən parlament seçkilərində yenidən “Gürcü Arzusu” partiyasının namizədlər siyahısında yer alıb.

2024-cü il noyabrın 30-dan 2025-ci il iyunun 24-dək yenidən iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsini icra edib. 2025-ci il iyunun 24-də isə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri təyin olunub.

Tarix
2026.11.17 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla