Yuxarı

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinin (AB) yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.

Axar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə konstruktiv müzakirələr aparılıb.

Görüşlərdə strateji prioritetlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan–Avropa Birliyi tərəfdaşlığının praktiki təşəbbüslər və konkret nəticələr əsasında daha da gücləndirilməsi yolları müzakirə edilib.

Danışıqlarda xüsusilə nəqliyyat və kommunikasiya bağlantıları, eləcə də enerji təhlükəsizliyi məsələlərinə diqqət yetirilib.

Tarix
2026.11.17 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla