Yuxarı

Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir

İlk növbədə qalib gəlmək istəyirdik. Yoldaşlıq görüşü olsa belə, bu gün ikinci məqam Eminin son oyunu idi. İstəyirdik Emin də yaxşı, parlaq oyunla milli komandaya karyerasını bitirir. Onu yaxşı uğurlayaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra seçməsini 3-1 məğlub etdikləri oyunu şərh edərkən deyib.

“Sevindirici hallar çox oldu. Bu gün gənclərə görə çox sevindim. Belə deyək, milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər. Və dediyim kimi, baxmaq lazımdır, oyundan-oyuna istədiyimiz oyunun yaxınlaşa bilirik, amma bundan da yaxşı ola bilərik. Məncə, bu ili götürsək, bu il bir məğlubiyyətimiz oldu, bu, yaxşı haldı. Qrup mərhələsində bir qol buraxmışdıq, o da penaltidən. Belə götürsək, komanda olaraq bunların üzərində çalışmalıyıq ki, sabah daha üst komandalarla qarşılaşanda buna hazır olaq. Ümumiyyətlə, hər kəsə çox sağ ol dedim. Oyunun axırında Xaybullayev zədələndi, 10 nəfərlə qalma ehtimalımız var idi, çünki əvəzetmə bitmişdi, amma israrla oyuna girmək istədi. Bunlar məni sevindirir, yəni komandafa xarakterli futbolçular daha çoxalıb", - o qeyd edib.

Tarix
2026.11.17 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla