Yuxarı

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Pakistanın paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən nazir müavini İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları ilə bağlı ölkənin mövqeyini diqqətə çatdırıb.

Ötən il Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə görüşünün və ilk "İƏT Həftəsi"nin regional əməkdaşlığın inkişafına töhfəsi qeyd olunub, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinin regionda bağlantıların gücləndirilməsində rolu diqqətə çatdırılıb. Ölkədə yerləşən İƏT təsisatlarının fəaliyyətinin dəstəklənməsinin vacibliyindən bəhs olunub.

Nazir müavini, həmçinin regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin səyləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin qayıdışı barədə məlumat verib.

Görüşün sonunda "İslamabad Kommünikesi" adlı yekun sənəd qəbul edilib.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini, o cümlədən nazir müavini Elnur Məmmədovu qəbul edib.

Tarix
2026.11.16 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla