Yuxarı

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

İsrailin “Maariv” qəzeti Türkiyənin ABŞ-dan F-35 döyüş təyyarələri almasına imkan yarada biləcək yeni razılaşma formulundan yazıb. Ankara ilə Vaşinqton arasında danışıqlar davam edərkən, İsrail bu prosesin qarşısını almağa çalışır. Məsələnin arxasında isə Yaxın Şərqdə hərbi qüvvələr balansı dayanır.

Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib.

“Maariv” qəzeti noyabrın 14-də Türkiyənin F-35 proqramına qayıtması üçün ikimərhələli həll variantını gündəmə gətirib. Təklifə əsasən, Ankara Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini ölkədən çıxararsa, ABŞ Türkiyə üçün əvvəllər istehsal edilmiş və hazırda Amerikada saxlanılan altı F-35 döyüş təyyarəsini təhvil verə bilər.

Eyni zamanda türk pilotların F-35 təlimlərinin bərpası nəzərdə tutulur. Sonrakı mərhələdə Vaşinqton S-400 probleminin həll edildiyini Konqresə bildirə, Türkiyəyə qarşı CAATSA sanksiyalarının aradan qaldırılması və daha böyük təyyarə sifarişi barədə danışıqlara başlaya bilər.

Mətbuatda Türkiyənin gələcəkdə 20 və ya 40 ədəd F-35 əldə etməsi ehtimalından da bəhs olunur.

Lakin mühüm məqam budur ki, bu formul hələ ABŞ və Türkiyə hökumətləri tərəfindən təsdiqlənmiş razılaşma deyil. “Maariv”in məlumatı mümkün həll variantını əks etdirir.

Türkiyə niyə F-35 proqramından çıxarılmışdı?

Türkiyə vaxtilə F-35 layihəsinin iştirakçılarından biri idi. Lakin 2019-cu ildə Rusiyadan S-400 sistemləri alması ABŞ-la ciddi qarşıdurmaya səbəb oldu.

Vaşinqton S-400 radarlarının F-35 təyyarələrinin məxfi texnologiyaları üçün təhlükə yarada biləcəyini əsas gətirərək Türkiyəni proqramdan çıxardı. 2020-ci ildə isə Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq edildi.

İndi tərəflər bu problemi aradan qaldırmağa çalışırlar. ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin iyulunda Türkiyəyə F-35 satışının nəzərdən keçirilə biləcəyini açıqlayıb. Bununla belə, S-400 məsələsinin həlli və ABŞ qanunvericiliyinin tələbləri razılaşmanın əsas şərtləri olaraq qalır.

İsrail niyə Türkiyənin F-35 almasına qarşıdır?

İsrail Türkiyənin beşinci nəsil döyüş təyyarələri əldə etməsini özünün regional hərbi üstünlüyünə mümkün təhlükə hesab edir.

ABŞ Konqresinin Araşdırma Xidmətinin 2026-cı il hesabatına görə, İsrail artıq 50 ədəd F-35 təyyarəsinə malikdir və əlavə 25 təyyarə sifariş edib. Türkiyənin də bu texnologiyaya yiyələnməsi regiondakı hava qüvvələri balansına təsir göstərə bilər.

İsrail rəsmiləri bu narahatlığı gizlətmirlər. Xarici işlər nazirinin müavini Şarren Haskel yanvar ayında “Kathimerini” qəzetinə açıqlamasında Türkiyəyə F-35 satışına qarşı olduqlarını bildirib. İsrailin ABŞ administrasiyası və Konqres səviyyəsində satışın qarşısını almağa çalışdığı barədə də məlumatlar yayılıb.

Beləliklə, Ankara ilə Vaşinqton arasında mümkün razılaşmanın qarşısında təkcə S-400 problemi deyil, İsrailin diplomatik müqaviməti də dayanır.

Türkiyənin hərbi güclənməsi yeni imkanlar yaradır

Son illərdə Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, xüsusilə pilotsuz uçuş aparatları, hərbi gəmiqayırma və yerli KAAN döyüş təyyarəsi layihəsi ölkənin hərbi potensialını artırıb.

Türkiyənin NATO daxilində strateji mövqeyi və regional təhlükəsizlik məsələlərində artan rolu da Vaşinqtonun Ankara ilə müdafiə əməkdaşlığını genişləndirməsində mühüm amillərdəndir.

Bu baxımdan Türkiyənin hərbi güclənməsi ABŞ-la F-35 məsələsində razılığa gəlmək imkanlarını artıra bilər. Ankara artıq yalnız xaricdən silah alan ölkə deyil, eyni zamanda öz hərbi texnologiyalarını inkişaf etdirən və ixrac edən mühüm regional gücdür. Güclə isə razılaşmaq gərəkir…” - E.Həsənli bildirib.

Tarix
2026.11.16 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla