Yuxarı

Bakı və London arasındakı bəyannamə... - Qafarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və London arasındakı bəyannamə... - Qafarov

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi siyasi əlaqələrin məntiqi inkişafı və qarşılıqlı maraqların uzlaşdırılması baxımından mühüm hadisədir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun sözlərinə görə, 2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanan Birgə Bəyannamə uzun illər ərzində formalaşmış etimadın və praktik əməkdaşlığın yeni mərhələsini müəyyən edir.

“Sənəd gələcək fəaliyyət istiqamətlərini və ortaq prioritetləri konkretləşdirir. Azərbaycan-Britaniya əlaqələrinin möhkəm tarixi təməli var. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə 1994-cü il 23 fevral və 1998-ci il 21 iyul tarixlərində dostluq və tərəfdaşlıq münasibətlərini möhkəmləndirən birgə bəyannamələr imzalanıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb dövlətlərindən olan Böyük Britaniya ilə diplomatik münasibətlər 1992-ci ildə qurulub. Sonrakı dövrdə siyasi dialoq, enerji, ticarət və investisiya sahələrində əlaqələr genişlənib. Otuz ildən artıq davam edən enerji əməkdaşlığı tərəfdaşlığın real nəticələrini nümayiş etdirir. Prezident İlham Əliyevin Dublində Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu vurğulaması əlaqələrin iqtisadi miqyasını göstərir”.

Millət vəkili qeyd edib ki, Bəyannamə əməkdaşlığı üç əsas istiqamət üzrə sistemləşdirir:

“Bəyannamədə əməkdaşlığın prioritet istiqamətləri kimi müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təhsil və innovasiya sahələri müəyyənləşdirilib. Bu yanaşma Britaniyanın Azərbaycanla əlaqələrə yalnız iqtisadi maraqlar çərçivəsində deyil, regional sabitlik və uzunmüddətli inkişaf kontekstində yanaşdığını göstərir. Beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin təsbit olunması münasibətlərin siyasi-hüquqi əsasını möhkəmləndirir. 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinə istinad və Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək isə davamlı sülhün ikitərəfli dialoqla təmin olunmasının vacibliyini önə çəkir. Bəyannamənin regional baxışında nəqliyyat və logistika bağlantıları da mühüm yer tutur. Orta Dəhlizin inkişafına dəstək Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirə bilər. Bu kontekstdə TRİPP layihəsi kommunikasiyaların açılması və ticarət marşrutlarının genişlənməsi üçün yeni imkanlar yaradan təşəbbüs kimi əhəmiyyət daşıyır. Britaniyada TRİPP-in Orta Dəhlizin imkanlarını genişləndirəcəyi barədə səsləndirilən müsbət mövqe Bəyannamənin bağlantı gündəliyi ilə uzlaşır. Sənəd münasibətlərin strateji xarakterini rəsmiləşdirməklə yanaşı, onların yeni sahələrdə inkişafına siyasi iradə nümayiş etdirir. İllik Strateji Tərəfdaşlıq görüşləri barədə razılaşma qəbul edilən qərarların icrasını və yeni prioritetlərin müəyyənləşdirilməsini təmin etməlidir. Beləliklə, Azərbaycan və Böyük Britaniya qarşılıqlı hörmətə və konkret nəticələrə əsaslanan əməkdaşlığı daha yüksək səviyyəyə daşıyırlar”.

Tarix
2026.11.15 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla