Yuxarı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı İDEA İctimai Birliyi ilə İSESKO arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda azərbaycanlı gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə qazanmaları üçün yeni imkanların yaradılması məsələsinə toxunulub.

Eyni zamanda, məktəblərdə ekoloji təhsilin təşviqi, yaşıllaşdırma, tullantıların çeşidlənməsi, suya qənaət və enerji səmərəliliyi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə gənclərin iştirakı ilə ölkəmizdə beynəlxalq ekoloji yay düşərgələrinin təşkili və biomüxtəlifliyin mühafizəsi sahəsində birgə maarifləndirmə layihələrinin icrası imkanları da nəzərdən keçirilib.

Bununla yanaşı, gənclərin ekoloji innovasiyalar sahəsində fəaliyyətinin dəstəklənməsi, hava çirklənməsi, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə innovativ həllərin hazırlanmasına yönəlmiş birgə fəaliyyətlərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Tarix
2026.11.15 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla