Yuxarı

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər.

Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Hesablama Palatası ortamüddətli dövr üçün digər risklərin də dövlət maliyyəsinə təsirlərinin mümkünlüyünü qeyd edir.

Sənədə əsasən, ortamüddətli dövrdə istinad faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə formalaşması dəyişkən faizli xarici borc üzrə dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. Cari ilin 1 oktyabr tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,8%-ni təşkil edib.

Sənədə görə, ortamüddətli dövrdə müddəti başa çatan borc öhdəliklərinin təkrar maliyyələşdirilməsi zərurəti yüksək faizli yeni borclanmalar şəraitində dövlət borcuna xidmət xərclərinin artmasına səbəb ola bilər. 2026-cı ilin 1 oktyabr tarixinə daxili dövlət qiymətli kağızlarının 56 %-nin müddətinin 5 ilədək olması daxili dövlət borcunun əhəmiyyətli hissəsinin ortamüddətli dövrdə icrası zərurətinin yarana biləcəyini göstərir.

Xatırladaq ki, bu ilin 9 ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə artıqödəmələr ilin əvvəli ilə müqayisədə 339,9 milyon manat artaraq 2740,6 milyon manata yüksəlib.

Tarix
2026.11.14 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla