Yuxarı

Salah Misir millisində rekorda imza atdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salah Misir millisində rekorda imza atdı

Misir millisinin hücumçusu Məhəmməd Salah yığmanın tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 34 yaşlı forvard bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən qarşılaşmada nail olub.

Misir yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Salah iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bununla da hücumçunun milli komandanın heyətində vurduğu qolların sayı 70-ə yüksəlib. 123 oyunda bu nəticəyə çatan Salah 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyub.

Qeyd edək ki, Salah 2017-ci ildən 2026-cı ilin yayına qədər İngiltərənin "Liverpul" klubunda çıxış edib. O, mersisaydlıların heyətində 442 matçda 257 qol vurub və 123 məhsuldar ötürmə verib.

Tarix
2026.11.14 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla