Yuxarı

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən 5 il müddətinə verilir.

"Tədqiqat universiteti" statusu elmi tədqiqat fəaliyyəti, elmi kadr hazırlığı, akademik heyət və elmi infrastruktur üzrə bu Tələblərlə müəyyən edilmiş tələbləri təmin edən və ən azı 5 il fəaliyyət göstərən ali təhsil müəssisəsinə verilir.

Belə ki, "Tədqiqat universiteti" statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə elmi kadr hazırlığı istiqamətində magistraturada (yalnız magistrlik dissertasiyası yazanlara münasibətdə), (rezidenturada) təhsil alanların və doktorantların ümumi tələbə kontingentində payı (ən azı 10 faiz), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə mövcud olan ixtisasların sayı (hər bir səviyyə üzrə ən azı 15 ixtisas) tələbləri təmin etməlidir.

Bu statusun verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə akademik heyəti üzrə bir tələbləri təmin etməlidir: elmi dərəcəyə malik olan professor-müəllim heyətinin təhsilverənlərə nisbəti (ən azı 70 faiz), akademik heyətin tərkibində elmi adı olan şəxslərin sayının elmi dərəcəyə malik akademik heyətin sayına nisbəti (ən azı 50 faiz), xaricdə ali təhsil almış və beynəlxalq elmi təcrübəyə malik professor-müəllim heyətinin mövcudluğu (ən azı 20 faiz).

Tarix
2026.11.13 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla