Yuxarı

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İraqı İsrail işğalından İran və Müqavimət Cəbhəsi qorudu” deyib. Bu barədə “CNN Türk” kanalında türk ekspertlər ciddi reaksiyalar sərgiləyib.

Axar.az xəbər verir ki, araşdırmaçı jurnalist Elbəyi Həsənli bu iddianı əsaslandırılmayan, İranın rolunu şişirdən təbliğat ritorikası adlandırıb.

“Xüsusən İsrailin Türkiyəni işğal etməsi qətiyyən mümkün deyil. Hətta ən avanturist politoloqlar belə bunu heç ehtimal kimi də dilə gərirmirlər”, - o bildirib.

Jurnalist xatırladıb ki, Məkkə Müdafiə Sazişi isə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanıb:

“İran rəsmiləri rəsmi dəvət almadıqlarını, amma regional təhlükəsizlik barədə dialoq təkliflərinin müzakirə olunduğunu bildiriblər. Deməli, İranın bu sazişə qoşulmaq istəyi var. Buna baxmayaraq, belə aşağılayıcı bəyanat verirlər.

Əlbəttə, İranın təbliğat bəyanatları qüvvələr nisbətini dəyişmir. Türkiyə 1952-ci ildən NATO üzvüdür; ölkənin müdafiə sənayesi də genişlənərək, 2025-ci ildə 10 milyard dollardan çox ixrac həyata keçirib. Ən azı bu faktlara görə Rzayinin “İran Türkiyəni işğaldan xilas etdi” iddiası gülünc görünür. İsrailin Türkiyəni işğal edəcəyi barədə bu çıxış real hərbi ssenaridən çox, İranın özünü olduğundan böyük göstərmək cəhdindən başqa bir şey deyil”.

Tarix
2026.11.13 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla