Bir xəyanət, 600 milyardlıq zərbə: Bütün dünya ondan danışır
21:37
| Ana səhifə Hadisə |
|
Bakıda yeraltı piyada keçidinin bir neçə metr yaxınlığında baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntüləri yayılıb.
Axar.az xəbər verir ki, görüntüləri Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Məlumata görə, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan avtomobillərdən biri yaxınlıqda yeraltı piyada keçidinin olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.13 / 21:27
|
Müəllif
Axar.az
|