Yuxarı

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blue Marine" Fondunun mühafizə olunan dəniz əraziləri üzrə qlobal eksperti Maks Bello və "Great Whale Conservancy" təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax ilə görüş keçirib.

Axar.az Report-a istinadən xəbər verir ki, görüş zamanı Xəzər dənizinin səviyyəsinin azalmasının dəniz ekosisteminə, biomüxtəlifliyə və sahilyanı ərazilərə təsirləri, eləcə də mövcud ekoloji çağırışların həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin genişləndirilməsi, Xəzər suitilərinin və digər nadir dəniz canlılarının mühafizəsi, onların təbii yaşayış mühitinin qorunması, eləcə də bu sahədə beynəlxalq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2026.11.14 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla