Yuxarı

Ardanın yeni maaşı məlum oldu: Sərvət qazanacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ardanın yeni maaşı məlum oldu: Sərvət qazanacaq

"Real Madrid" Arda Gülərin müqaviləsini uzatmaq üçün addımlar atıb. Bildirilir ki, İspaniya nəhəngi milli ulduza illik 8 milyon avro maaşla beş illik yeni müqavilə təklif edib. Tərəflər arasında prinsipial razılaşma əldə edilib və Ardanın tezliklə müqaviləni imzalaması gözlənilir.

Axar.az lent.az-a istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyonun hesabatından sonra "Real" heyətindəki əsas oyunçuların müqavilələrini yeniləməyə başlayıb. "Real"ın prinsipial razılığa gəldiyi Arda Gülərin yeni maaşı açıqlanıb.

Məlum olub ki, "Real"ın baş məşqçisi Joze Mourinyo komandadakı dörd oyunçunu "toxunulmaz" adlandırıb və rəhbərlikdən onların müqavilələrini uzatmağı istəyib. Cud Bellingem, Federiko Valverde və Aurelien Çuameni ilə yanaşı, 21 yaşlı Arda Gülər də portuqaliyalı məşqçinin siyahısındadır.

İspaniya mətbuatında yer alan xəbərlərə görə; “Real” rəhbərliyi son həftələrdə prinsipial razılığa gəldiyi Arda Gülərə 5 illik yeni müqavilə təklif edib. Hazırkı müqaviləsindəki bonuslar xaric ildə 6 milyon 250 min avro qazanan milli futbolçunun maaşında əhəmiyyətli artım olacaq. Yeni təklifə görə, Arda Gülərin illik maaşı 8 milyon avroya qədər artacaq.

Rəsmi müqaviləni tezliklə imzalayacağı gözlənilən Arda Gülər yeni müqavilə ilə həftədə 153.846 avro, gündə isə 21.917 avro qazanacaq.

Bu mövsüm “Real”da 14 rəsmi oyunda iştirak edən Arda Gülər 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Tarix
2026.11.15 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla