Bakıda restoranda yanğın söndürüldü - Video
16:16
| Ana səhifə İdman |
|
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia karyerasını Taylandın “Buriram” klubunda davam etdirəcək.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər cari mövsümün sonunadək müqavilə imzalayıblar.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2023-2025-ci illərdə “Qarabağ”da forma geyinib. Onun son klubu Səudiyyə Ərəbistanıda “Əl Feyha” olub.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayev də "Buriram"da çıxış edib. O, 2023-2024-cü illərdə bu komandada oynayıb.
|
Tarix
2026.11.16 / 16:09
|
Müəllif
Axar.az
|