Yuxarı

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

14:38

Qara dənizdə Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Bolqarıstan sahillərində batıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Rumıniyadan Misirə 3 min ton buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla, 12 nəfər olub.

Bolqarıstan, Rumıniya və Türkiyənin iştirakı ilə keçirilən xilasetmə əməliyyatı nəticəsində ekipajın bütün üzvləri sağ xilas edilib.

İlkin məlumatlara əsasən, gəmidə partlayış baş verdikdən sonra o, batıb. Partlayışın dəniz minasından və ya pilotsuz uçuş aparatının hücumundan qaynaqlana biləcəyi ehtimalları araşdırılır. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, 1988-ci ildə inşa edilən “BETUL 8” yük gəmisi Marshall adalarında qeydiyyatdan keçmiş “Optimus Marine” şirkətinə məxsusdur.

Tarix
2026.11.16 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla