Yuxarı

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibend arasında telefon danışığı baş tutub.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Ceyhun Bayramov Ed Milibendi dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Bu çərçivədə, liderlər səviyyəsində sonuncu Avropa Siyasi Birliyi (EPC) Zirvə toplantısı zamanı keçirilmiş görüşün, eləcə də "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin qəbul edilməsinin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti vurğulanıb. Sənədin əhatə etdiyi istiqamətlər üzrə əməkdaşlığın konkret məzmunla zənginləşdirilməsi və praktiki nəticələrin əldə olunması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin, regional təhlükəsizlik məsələlərini müzakirə edib, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri barədə qarşı tərəfə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Tarix
2026.11.16 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla