Yuxarı

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib.

Axar.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılmış şərait barədə məlumat verib.

Qeyd olunub ki, Qaraçuxur İdman Zalının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında başlanılıb.

İdman zalının ərazisi 0,27 hektar, tikintialtı sahəsi 987, ümumi sahəsi isə 1115 kvadratmetrdir. Baş plana əsasən, ərazidə ikimərtəbəli idman zalı binası, açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi inşa edilib.

Açıq hava idman meydançası ətraf ərazidə yaşayan sakinlərin, o cümlədən uşaqların və gənclərin bədən tərbiyəsi və idmanla gündəlik məşğul olmaları üçün müvafiq avadanlıqlarla təchiz edilib.

İkimərtəbəli idman zalının birinci mərtəbəsində 30x18 metr ölçüdə, 25 tamaşaçı yeri olan universal zal fəaliyyət göstərəcək. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, uşaq voleybolu və basketbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi mümkün olacaq.

İkinci mərtəbədə aerobika və rəqs məşqləri üçün zal, həmçinin trenajor zalı fəaliyyət göstərəcək. Zalda paltardəyişmə və duş otaqları, məşqçilər üçün otaq, həkim otağı və digər inzibati otaqlar yaradılıb. Binanın birinci mərtəbəsində kafenin də fəaliyyəti nəzərdə tutulub.

Tarix
2026.11.16 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla