Yuxarı

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bu həftə Çində keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüş keçirəcəyi xəbəri təsdiqlənib. Bir neçə gün əvvəl ABŞ Dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Onlar liderlərin Çində müzakirə edəcəyi mövzuları müəyyənləşdiriblər. Liderlərin görüşündə müxtəlif mövzularla yanaşı, Rusiya-Ukrayna müharibəsinin və İran ətrafındakı gərginliyin müzakirə ediləcəyi proqnozlaşdırılır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Donald Tramp görüşdə Vladimir Putinin Ukrayna siyasətini müəyyənləşdirməyə çalışacaq:

“Rusiya prezidentinin Ukrayna siyasətində dəyişikliyinə işarə edən heç nə yoxdur. Bunu Əbu-Dabi danışıqları da göstərdi. Tramp atəşkəs istəyir. Putin Donbasın tamamının ona təhvil verilməsi şərti ilə atəşkəsə razılaşa biləcəyini vurğulayıb, hələ üstəgəl onun Avropada yeni təhlükəsizlik arxitekturasının qurulmasıyla bağlı əlavə tələbləri də var. Halbuki Brüssel Avropanın yeni təhlükəsizlik arxitekturasına ehtiyacı olmadığı qənaətindədir.

Vladimir Putin və Si Szinpin İran məsələsində Donald Trampla razılaşa bilməyəcəklər. ABŞ kəşfiyyatının son məlumatına görə, İranın hazırda ballistik raketlərinin sayı 2 mini keçib. Tramp rusiyalı və çinli həmkarını inandırmağa çalışacaq ki, onlar Tehrana təzyiq etsinlər. Ancaq Moskva və Pekinin Tehrana təzyiq etmək planları yoxdur, əksinə, Rusiya və Çin İranın ABŞ qarşısında müqavimət gücünün artırılmasında maraqlıdırlar. ABŞ rəsmilərinin sözlərinə görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə raket istehsalını davam etdirir. Bu komponentlərin isə Rusiya və Çindən əldə edildiyi ehtimalı yüksəkdir.

Trampın Çindən bir başqa istəyi bu ölkənin nüvə razılaşmalarına qoşulmasıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmalarına görə, Rusiya 4 min 400, ABŞ 3 min 700, Çin 620 nüvə başlıqlı raketə malikdir. Soyuq müharibə illərində ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının müxtəlif növlərinə dair razılaşmaları mövcud olub. SSRİ dağıldıqdan sonra bu razılaşmalar Rusiyaya miras qalıb. Çin bu razılaşmaların kənarındadır. Vaşinqtonun istəyinə rəğmən, Pekin nüvə razılaşmalarına qoşulmaq istəmir. Bu, Çinə imkan verir ki, nüvə silahlarının istehsalını istədiyi qədər artırsın”.

Tarix
2026.11.17 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla