Üç ailənin yaşadığı ev yandı, 8 nəfər xilas edildi - Video
18:29
| Ana səhifə Hadisə |
|
Lənkəran şəhərində üç ailənin yaşadığı ev tamamilə yanıb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib.
Ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evi qısa müddətdə bütün əşyaları ilə birlikdə tamamilə yansa da, 3-ü uşaq olmaqla 8 nəfər xilas ola bilib.
Hadisəyə elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.17 / 18:29
|
Müəllif
Axar.az
|