Yuxarı

Paşinyan onlardan 4 milyon dram təzminat tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan onlardan 4 milyon dram təzminat tələb edir

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Akopyandan ayrılması ilə bağlı dərc olunmuş məqalələrə görə məhkəməyə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Anna Gevorkyana və "Iravunk Tert LLC" şirkətinə qarşı Anna Akopyandan ayrılmasının səbəbləri ilə bağlı dərc olunmuş böhtan xarakterli məqalələrə görə iddia qaldırıb.

Siyasətçi təkzib və 4 milyon dram (təxminən 11 min dollar) təzminat tələb edir.

İddia ərizəsi 30 sentyabr və 5 oktyabr 2026-cı il tarixlərində dərc olunmuş materiallarla əlaqəlidir. İddia edilir ki, Paşinyan və Akopyan birgə topladıqları kapitalı leqallaşdırmaq, əmlakı ikincinin adına keçirmək və Avropada daşınmaz əmlak almaq niyyətində olublar. Xüsusilə, Parisin mərkəzində 5,7 milyon avro dəyərində ev alınmasından bəhs edilir.

Məqalədə Akopyanın 2018-2020-ci illərdə İsveçrəyə səfərləri və bu səfərlərlə pul vəsaitlərinin axını arasında mümkün əlaqə də qeyd olunub.

Paşinyan yayılan məlumatı yalan və böhtan hesab edir. O, cavabdehlərdən məhkəmənin qərarının qüvvəyə minməsindən sonrakı beş iş günü ərzində eyni platformalarda təkziblərini göndərmələrini tələb edir.

Tarix
2026.11.04 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla