Yuxarı

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentində 2027-ci il dövlət büdcəsinin ilkin müzakirələri zamanı deputat Kristine Vardanyan nazirə sual ünvanlayıb.

“Seçkilərdən bir həftə sonra Hikmət Hacıyevin Ermənistana səfər etməsinə hansı təcili zərurət yaranmışdı?” – deyə Vardanyan soruşub.

A.Mirzoyan isə cavabında belə deyib:

“Çünki həmin dövrdə həm vətəndaş cəmiyyətləri, həm baş nazir müavinləri, həm ekspert qrupları, həm də Təhlükəsizlik şuralarının katibləri arasında qarşılıqlı səfərlər baş tuturdu”.

Qeyd edək ki, Hikmət Hacıyev 2026-cı il iyunun 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Dilicanda görüşüb. Görüş Ermənistan parlament seçkilərindən düz bir həftə sonra baş tutub. Rəsmi məlumatda tərəflərin iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələlərini müzakirə etdiyi bildirilib.

Tarix
2026.11.05 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla