Qətər sahillərində tankerə hücum edildi
17:16
| Ana səhifə Planet |
|
Qətər sahillərində neft tankeri iki naməlum mərminin hədəfinə çevrilib.
Axar.az xəbər verir ki, bu barədə UKMTO məlumat yayıb.
Bildirilib ki, hadisə Qətərin Mədinət əş-Şamal şəhərindən 50 dəniz mili şimalda baş verib.
Tankerə iki naməlum mərminin dəydiyi qeyd edilsə də, gəminin heyətinin vəziyyəti, maddi ziyanın miqyası və ətraf mühitə mümkün təsirlər barədə hələlik məlumat yoxdur.
|
Tarix
2026.11.05 / 17:16
|
Müəllif
Ləman Rüfət
|