Yuxarı

“Zəfər arzuları” adlı sosial aksiya keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zəfər arzuları” adlı sosial aksiya keçirildi

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Zəfər hər birimiz üçün qürur mənbəyi və müstəqil dövlətçiliyimizin şanlı səhifəsidir.

Axar.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə “28 May” metrostansiyasında Qələbəmizə həsr olunmuş “Zəfər arzuları” layihəsi həyata keçirilib. Tədbir zamanı sərnişinlərə və iştirakçılara kiçik kağız vərəqlərində Qələbə ilə bağlı ən səmimi ürək sözlərini və arzularını qələmə almaq, daha sonra isə onları mərkəzi hissədə quraşdırılmış lövhənin üzərinə yapışdırmaq imkanı yaradılıb.

Aksiyanın əsas məqsədi xalqımızın dəmir yumruq ətrafında formalaşan həmrəyliyini bir daha nümayiş etdirməkdir. Eyni zamanda, Vətən müharibəsində tarixi qələbə qazandıran Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə, eləcə də qazilərimizə sonsuz minnətdarlığı ifadə etmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək hədəflənib.

Geniş maraq doğuran bu tədbirdə ziyalılar, şəhid ailələri, qazilər, ictimai fəallar, eləcə də paytaxtımızın sakinləri və xarici qonaqlar yaxından iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl aksiya metronun “İçərişəhər” stansiyasında keçirilib.

Tarix
2026.11.06 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla