SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:25
| Ana səhifə İdman |
|
"Qarabağ" klubu Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, hər iki futbolçunun əsas komandadan uzaqlaşdırılması barədə məlumatlar həqiqəti əks etdirmir.
Bununla belə, klub futbolçular barəsində daxili intizam qaydalarına uyğun cəza tədbirlərinin görüldüyünü təsdiqləyib.
Açıqlamada klubdaxili intizam məsələlərinin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsinin məqsədəuyğun hesab edilmədiyi vurğulanıb.
Qeyd edək ki, hər iki futbolçu bu gün saat 18:00-da başlayan "Qarabağ" - "Turan Tovuz" oyununda ehtiyat oyunçular skamyasında yer alıb.
|
Tarix
2026.11.06 / 18:58
|
Müəllif
Axar.az
|