Yuxarı

Toya gedən qardaşlar niyə güllələndi? - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toya gedən qardaşlar niyə güllələndi? - Video

Xəbər verdiyimiz kimi, Gürcüstanda toya gedən azərbaycanlı üç qardaş güllələnib. Onlardan ikisi ölüb, digəri sağ qalıb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Saqareco bələdiyyəsinin Ləmbəli kəndində baş verib.

Elman, Teymur və Ədil Yusubov qardaşlarının öz qonşuları tərəfindən atəşə tutulduğu bildirilir.

Hadisədən sağ çıxan üç qardaşdan biri olan Elman Usubov deyib ki, axşam saat 17:00 radələrində iki qardaşı və sinif yoldaşı ilə birlikdə piyada hərəkət edərkən bir avtomobil dayanıb və onlara atəş açmağa başlayıb.

Onun sözlərinə görə, atəş açılan zaman özü avtomobilin arxasında gizlənib, qardaşlarına isə dəfələrlə hədəf alınaraq atəş açılıb və onlar hadisə yerində öldürülüblər.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxs əvvəllər yaranmış münaqişə zəminində odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Hər iki şəxs aldıqları xəsarətlərdən ölüb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb. Polis cinayət zamanı istifadə olunan silahı maddi sübut kimi müsadirə edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Tarix
2026.11.07 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla