Yuxarı

Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...

Türkiyə Rusiyadan təbii qaz idxalını azaltmağı və daha sərfəli alternativ təchizat mənbələrinə üstünlük verməyi planlaşdırır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar noyabrın 5-də İstanbulda jurnalistlərlə görüşündə bildirib.

Belə ki, Ankaranın bu qərarı siyasi səbəblərlə deyil, Rusiya qazının yüksək qiyməti ilə əlaqələndirilir. Nazir qeyd edib ki, Türkiyənin Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almasının əsas səbəbi qiymət fərqidir.

“Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi çox sadədir. Bu, siyasətlə deyil, qiymətlə bağlıdır. Rusiya qazı həddindən artıq bahadır”, – deyə Bayraqdar bildirib.

Onun sözlərinə görə, yüksək qiymətlər Türkiyəni daha ucuz və rəqabətqabiliyyətli qaz mənbələri axtarmağa sövq edir. Bu tendensiyanın qarşıdakı illərdə də davam etməsi mümkündür.

Bununla belə, Bayraqdar Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasının nəzərdə tutulmadığını vurğulayıb. Nazir bildirib ki, Rusiya Türkiyənin əsas enerji təchizatçılarından biri olaraq qalır və ölkənin bu qazdan istifadəyə ehtiyacı davam edəcək.

Tarix
2026.11.06 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla