“Qarabağ” uduzdu, futbolçular tribunaya çağırıldı - Video
00:38
| Ana səhifə İdman |
|
Misli Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” matçından (0-1) sonra Ağdam klubunun azarkeşləri futbolçulara etiraz ediblər.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra “Qarabağ”ın “İmarət” fan-klubunun üzvləri futbolçuları tribuna önünə, öz yanlarına çağırıblar.
Komandalarının məğlubiyyətindən narazı qalan azarkeşlər “Bu azarkeşin haqqını verin!” şüarını səsləndirərək futbolçulardan daha yaxşı nəticələr tələb ediblər.
Qeyd edək ki, “Qarabağ” Premyer Liqada ardıcıl 4-cü oyundur qələbə qazana bilmir.
|
Tarix
2026.11.07 / 00:38
|
Müəllif
Axar.az
|