Yuxarı

Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz…

Sökülən binaların sakinlərinə kompensasiya olaraq verilən yeni mənzillərlə bağlı vergi güzəşti tətbiq olunacaq. Belə ki, əvvəlki əmlakın sahəsinə uyğun təqdim edilən mənzil və qeyri-yaşayış sahələri, eləcə də müəyyən həddə əlavə sahə vergidən azad ediləcək. Bu məsələ 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Bu, vətəndaşlar üçün hansı üstünlükləri yaradacaq?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan əmlak eksperti Fərid Cəfərli bu dəyişikliyin vətəndaşların üzərinə düşən əlavə vergi öhdəliyinin aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu deyib.

“Çünki sökülən binanın əvəzinə yeni tikilidən mənzil və ya qeyri-yaşayış sahəsi əldə edən şəxs bunu klassik mənada yeni investisiya və ya kommersiya gəliri kimi qiymətləndirməməlidir. O, əslində mövcud mülkiyyətinin əvəzinə ekvivalent əmlak əldə edir. Digər mühüm məqam isə güzəştin yalnız yaşayış sahələrinə deyil, qeyri-yaşayış sahələrinə də şamil edilməsidir. Bu, xüsusilə sökülən binada mağaza, ofis, emalatxana və digər kommersiya təyinatlı obyektlərə sahib olan mülkiyyətçilər üçün əhəmiyyətlidir. Belə şəxslər üçün əmlak yalnız mülkiyyət deyil, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi iqtisadi aktivdir. Kompensasiya əvəzinə təqdim olunan sahənin vergi yükündən azad edilməsi sahibkarlıq fəaliyyətinin davamlılığına da müsbət təsir göstərə bilər. Hesab edirəm ki, təklif olunan mexanizmin ən əhəmiyyətli tərəflərindən biri məhz 20 faizlik əlavə sahənin də güzəştə daxil edilməsidir. Çünki real tikinti və kompensasiya prosesində əvvəlki əmlakın sahəsi ilə yeni tikilidə təqdim olunan mənzilin sahəsinin tam üst-üstə düşməsi həmişə mümkün olmur”, - o əlavə edib.

Ekspert bildirib ki, qanunvericilik yalnız əvvəlki əmlakın sahəsini vergidən azad etsəydi, 100 kvadratmetr mənzili olan vətəndaşa 115 və ya 120 kvadratmetr mənzil verildiyi halda, əlavə sahə ilə bağlı vergi məsələsi meydana çıxa bilərdi:

“Bu isə kompensasiya mexanizminin mahiyyətinə uyğun olmayan əlavə maliyyə yükü yarada bilərdi. 20 faizlik güzəşt məhz bu problemin qarşısını almağa xidmət edir. Bu addım tikinti şirkətləri ilə mülkiyyətçilər arasında yaranan münasibətlərdə də müəyyən aydınlıq yaradacaq. Kompensasiya çərçivəsində təqdim edilən sahənin hansı hissəsinin vergidən azad olmasının əvvəlcədən müəyyənləşdirilməsi müqavilə danışıqlarında qeyri-müəyyənliyi azaldır. Bu, həm vətəndaş, həm də tikinti şirkəti üçün daha proqnozlaşdırılan hüquqi və iqtisadi mühit deməkdir. Qeyd edim ki, vergi güzəşti özlüyündə kompensasiyanın ədalətli olmasına zəmanət vermir. Əgər əvvəlki əmlakın bazar dəyəri, yerləşdiyi ərazi, təmir vəziyyəti, mənzilin mərtəbəsi və digər xüsusiyyətləri nəzərə alınmadan yalnız kvadratmetr göstəricisi əsasında kompensasiya müəyyən edilirsə, sahə üzrə güzəşt həmin problemi həll edə bilməz. Başqa sözlə, vergi güzəşti ədalətli kompensasiya siyasətinin mühüm elementidir, lakin onun əvəzedicisi deyil”.

Tarix
2026.11.07 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla