AMEA Ramiz Mehdiyevlə bağlı iddialara aydınlıq gətirdi
11:25
| Ana səhifə İdman |
|
Braziliyanın “Santos” klubunun hücumçusu Neymarın atası Neymar da Silva komandanın baş direktoru vəzifəsinə təyin edilib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Neymar dekabr ayına qədər klubun planlaşdırılmasında strateji mövqe tutacaq. Dekabrın 12-də keçiriləcək prezident seçkilərində Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsində qalacaq.
Qeyd edək ki, Neymar 2025-ci ildən “Santos”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır.
34 yaşlı futbolçu bu mövsüm “Santos”un heyətində 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.
|
Tarix
2026.11.07 / 11:16
|
Müəllif
Axar.az
|