Yuxarı

Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı

Vinçenzo Montellanın istefaya göndəriləcəyi təqdirdə Türkiyə millisinin baş məşqçi namizədləri arasında adı hallanan Arda Turan "Şaxtyor Donetsk" klubunu yarı yolda qoymayacağını bildirib.

Axar.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

"Uzun müddətdən sonra adım ətrafında insanların həmrəy olduğunu görmək həyəcanvericidir. Bu etimada və diqqətə görə sonsuz təşəkkür edirəm. Lakin bəlkə də gənc baş məşqçi kimi daha çox meydanda qalmalı, gənc yaşımda özümü daha da təkmilləşdirərək ölkəmin bayrağının dalğalanmadığı yerlərdə fəaliyyətimi daha yaxşı davam etdirməliyəm.

Milli komanda ilə adımın hallanması böyük qürurdur. Müharibə davam edərkən "Şaxtyor"u yarı yolda qoymayacağam", - deyə Arda Turan Türkiyə millisi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, gənc mütəxəssisin Ukrayna təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

Xatırladaq ki, A.Turanın Türkiyə milli komandasının baş məşqçisi təyin olunması ilə bağlı məlumat yayılmışdı.

Tarix
2026.10.13 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla